Yay “transfer pəncərəsi”nin son günləri möhtəşəm keçidlərlə yadda qalıb.
Apasport.az saytının məlumatına görə, xüsusən də, İngiltərə Premyer Liqası supertransferlərlə nüfuzunu daha da artırıb.
Baş tutan transferlər Premyer Liqada ən çox qazanc əldə edən futbolçuların siyahısında da dəyişikliyə səbəb olub. 12 ildən sonra “Mançester Yunayted”ə qayıdan Kriştianu Ronaldo həftəlik 480 min funt-sterlinqlik gəlirlə birinci pilləni ələ keçirib.
Maraqlıdır ki, siyahıya başçılıq edən ilk 4 oyunçudan 3-ü yeni transferdir.
1. Kriştianu Ronaldo (“Mançester Yunayted”) – həftəyə 480 min funt-sterlinq
2. Romelu Lukaku (“Çelsi”) - 450 min
3. Kevin De Bruyne (“Mançester Siti”) - 385 min
4. Cek Qriliş (“Mançester Siti”) - 380 min
5. David De Xea (“Mançester Yunayted”) - 375 min
6. Pyerr-Emerik Obameyanq (“Arsenal”) - 350 min
7. Rahim Sterlinq (“Mançester Siti”) - 300 min
8. Harry Kane (“Tottenhem”) - 300 min
9. Pol Poqba (“Mançester Yunayted”) - 290 min
10. Entoni Marsial (“Mançester Yunayted”) - 250 min