Premyer Liqada 8 ildən sonra ilk yaşanıb
14 fevral 2024 13:48 (UTC +04:00)

Premyer Liqada 8 ildən sonra ilk yaşanıb

Azərbaycan Premyer Liqasının XXII turunun “Zirə” – “Sumqayıt” matçı 2 penaltinin qolla nəticələnməməsi ilə əlamətdar olub.

Apasport.az xəbər verir ki, meydan sahiblərindən Qismət Alıyev, qonaqlardan Rövlan Muradov 11 metrlik cərimə zərbəsindən yararlanmayıb.

Bir matçda ən azı 2 penaltinin dəqiq olmaması sonuncu dəfə 2015/16 mövsümündə yaşanıb. 8 il əvvəl “İnter”lə “Sumqayıt”ın görüşündə (2:2) üç belə zərbə uğursuz alınıb.

2016-cı il mayın 1-dəki matçda Nika Kvekveskiri qonaqları, Ağabala Ramazanovla Vaqif Cavadov meydan sahiblərini məyus edə bilməyib.

Qeyd edək ki, “Zirə” – “Sumqayıt” qarşılaşması 0:0 hesabı ilə başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3543
avatar

Oxşar yazılar