İngiltərənin “Aston Villa” klubu Henri Lansberi ilə yollarını ayırıb.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi 30 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə xitam verib.
İngiltərəli futbolçu karyerasını aşağı dəstədə davam etdirəcək. O, “Bristol”a keçib. Lamsberi yeni komandası ilə yarım illik anlaşma imzalayıb.
Qeyd edək ki, 2017-ci ilin qışından “Aston Villa”da oynamış yarımmüdafiəçi cari mövsümdə 3 matça çıxıb.