Turin "Yuventus"unun və Polşa millisinin qapıçısı Voyçex Şesni dünya çempionatının 1/8 finalında hazırkı dünya çempionları - fransızlarla qarşılaşmaqdan qorxmur.
“Ümumilikdə, onlar favoritdirlər, dünyanın ən yaxşı komandalarından biridir, lakin biz bu mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik. Mbappeni dayandırmağın açarı? Mən özüm!” – Lent.az xarici mətbuata istinadla bildirir ki, qapıçı deyib..
Xatırladaq ki, fransızlar qrup mərhələsinin son oyununda Tunisə (0:1), polyaklar Argentinaya (0:2) uduzublar.
Nəticədə Fransa yenə də öz qrupunda birinci yerdə qərarlaşıb, Polşa isə Meksikaya böyük hesabla qalib gəlməyə və əlavə göstəricilərdə polyakları yan keçməyə imkan verməyən Səudiyyə Ərəbistanı sayəsində ikinci pillədən növbəti mərhələyə çıxıb.