İspaniyalı müdafiəçi Jerar Pike "Barselona"dan getdiyini və karyerasını başa vurduğunu açıqlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, o, bununla bağlı “Istagram”da paylaşım edib.
“İndi bütün uşaqlıq arzularım gerçəkləşdiyindən demək istəyirəm ki, qərar vermişəm. Yolumuzu başa vurmağın vaxtı gəldi”, - Pike qeyd edib.
35 yaşlı futbolçu qeyd edib ki, onun son oyunu İspaniya çempionatının noyabrın 5-də Barselonadakı "Kamp Nou" stadionunda "Almeriya" ilə keçiriləcək oyun olacaq.
Pike bundan əvvəl komandaya kömək etmək üçün pulsuz oynamağa icazə verilməsini xahiş etmişdi. “Barselona” rəhbərliyi belə bir tədbirdən imtina edib. Əvəzində 35 yaşlı müdafiəçinin maaşı əhəmiyyətli dərəcədə azaldılıb.
Pike 2008-ci ildə "Barselona"da oynamağa başlayıb. O, klubla birlikdə 8 dəfə İspaniya çempionatının, 7 dəfə İspaniya kubokunun və 6 dəfə Superkubokun qalibi olub. Kataloniyalılarla birlikdə 3 dəfə Çempionlar Liqası kubokunu qazanıb. İspaniya millisinin tərkibində Pike dünya və Avropa çempionu olub.