Parisdə azərbaycanlıya məğlub olan güləşçi saxlanıldı - ŞOK SƏBƏB
09 avqust 2024 16:05 (UTC +04:00)

Parisdə azərbaycanlıya məğlub olan güləşçi saxlanıldı - ŞOK SƏBƏB

Fransa polisi Misirli olimpiya güləşçisi Mohamed Elsayedi saxlayıb. O, cinsi qısnamada şübhəli bilinir.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, idmançı Paris küçələrində sərxoş vəziyyətdə saxlanılıb. Polisə ərizə yazan zərərçəkənin sözlərinə görə, güləşçi barlardan birinin yaxınlığında əllərini onun göbəyinə qoyub. Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.

Elsayed 67 kiloqrama qədər çəki dərəcəsində 2020-ci il Tokio Oyunlarının bürünc mükafatçısıdır. Hazırki yarışda o, 1/8 final mərhələsində azərbaycanlı Həsrət Cəfərova məğlub olaraq, mübarizəni dayandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1476
avatar

Mehman Nəbiyev

Oxşar yazılar