“Paris -2024” Olimpiya Oyunlarının açılış mərasiminə artıq 430 gündən az vaxt qalıb.
Lent.az xəbər verir ki, Fransanın idman-olimpiya və paralimpiya oyunları naziri Ameli Udea-Kastera Sena çayında keçiriləcək açılış mərasimində çayın yuxarı səkisində təxminən 300-400 min pulsuz və aşağı səkisində isə 100 min pullu yer olacağını bildirib. Sena sahilində açılış mərasimi üçün pullu yerlərə bilet qiymətinin 2700 avro olacağı açıqlanıb.