Parataekvondoçumuz QIZIL MEDAL  qazandı​​​​​​
31 avqust 2024 01:11 (UTC +04:00)

Parataekvondoçumuz QIZIL MEDAL qazandı​​​​​​

Parisdə keçirilən Yay Paralimpiya Oyunları davam edir.

Lent.az az xəbər verir ki, Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarının qızıl medalını qazanıb.

K44 kateqoriyasında, 70 kq çəki dərəcəsində yer alan təmsilçimiz finalda türkiyəli Fatih Çəliklə qarşılaşıb.

Rəqibinə qalib gələn idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1167
avatar

Oxşar yazılar