Paralimpiyaçılarımız vətənə dönüb -FOTOLENT
10 sentyabr 2024 09:50 (UTC +04:00)

Paralimpiyaçılarımız vətənə dönüb -FOTOLENT

Paris-2024 Yay Paralimpiya Oyunları sona çatıb.

Apasport.az xəbər verir ki, yarışda uğurla çıxış edən Azərbaycan millisinin üzvləri vətənə geri dönüb.

Ölkəmizi layiqincə təmsil edən idmançılarımız Heydər Əliyev adına Beynəlxalq Havalimanında alqışlarla qarşılanıb.

Xatırladaq ki, Azərbaycan yığması Paris-2024 Yay Paralimpiya Oyunlarını 11 medalla (4 qızıl, 2 gümüş və 5 bürünc) başa vurub. Azərbaycan 169 ölkə arasında 28-ci yeri tutub. İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12 kateqoriyası), Orxan Aslanov (T13 kateqoriyası, hər ikisi uzunluğa tullanma) qızıl, Lamiyə Vəliyeva qızıl (100 metr məsafəyə qaçış) və gümüş (400 metr məsafəyə qaçış), Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və 2 bürünc (100 metr məsafəyə sərbəst və "butterfly" üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq), Vəli İsrafilov (100 metr məsafəyə brass üsulu ilə üzmək), İlham Zəkiyev (paracüdo, +90 kq) bürünc medala sahib çıxıblar.

Qeyd edək ki, 28 avqustda start götürən yarış 9 sentyabrda başa çatıb.

image

image

image

image

image

image

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 603
avatar

Oxşar yazılar