Paralimpiya yığmasının üzvü Parisdə itkin düşdü
30 avqust 2024 19:09 (UTC +04:00)

Paralimpiya yığmasının üzvü Parisdə itkin düşdü

Ruanda Paralimpiya komandasının üzvü Parisdə keçirilən yarışın açılış mərasimindən əvvəl yoxa çıxıb. Polis araşdırmaya başlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, qadın Ruandanın voleybol komandasının üzvüdür. İdmançı Fransa paytaxtına ayın əvvəlində gəlməsinə baxmayaraq, Oyunların açılış mərasimində görünməyib.

Məlumata görə, o, avqustun 20-də bir qrup şəxslə birlikdə yerli restorana baş çəkmək üçün Parisdəki yaşayış yerini tərk edib. Lakin daha sonra geri qayıtmayıb.

Onun itkin düşməsindən sonra polis araşdırmalara başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1569
avatar

Oxşar yazılar