Malavinin şimalında içərisində təxminən 80 nəfərin olduğu avtomobil magistral yolda aşıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, matçdan qayıdan futbolçular və azarkeşlər yük maşını ilə hərəkət ediblər.
Qəza nəticəsində 22 həvəskar futbolçu və azarkeş həlak olub. Daha 12 sərnişin xəsarət alıb, onların vəziyyəti ağır qiymətləndirilir.
Malavi prezidenti Lazarus Çakvera ölən və yaralananların ailələrinə başsağlığı verib. O, həmçinin qəza iştirakçılarına yardım göstərilməsini əmr edib.
Qeyd olunur ki, Malavidə insanların xüsusi təchiz olunmuş yük maşınlarında daşınmasına icazə verilir.