PSJ-nin rəhbərliyinin xərcləri azaltmaq üçün klubun bəzi futbolçuları ilə ayrılmaq planları məlum olub.
Lent.az istinadla bildirir ki, məlumata görə, 2023-cü ilin yayında klub maaş fondunu 30 faiz azaltmaq istəyir. Bu ona gətirib çıxaracaq ki, parislilər heç olmasa komandanın liderlərindən biri - fransalı Kilian Mbappe, argentinalı Lionel Messi və ya braziliyalı Neymarla əməkdaşlığı dayandıra bilər. Xərclərin azaldılması Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) ilə maliyyə feyr-pleyinə dair razılaşma ilə bağlıdır.
Fevralın 24-də Messinin karyerasını PSJ-də davam etdirəcəyi təqdirdə müqavilənin məbləğini azaltmaq niyyətində olmadığı barədə məlumatlar ortaya çıxıb. Daha əvvəl onun klubu tərk edib ailəsi ilə birlikdə evi olduğu ABŞ-a köçmək barədə daha çox düşündüyü bildirilirdi.
Ötən il dekabrın 19-da Mbappenin 2023-cü ilin yayında PSJ-dən ayrılmaq istədiyi də məlum olub. Futbolçu maaşında ciddi endirim etməli olsa belə, daha güclü liqaya keçmək arzusunda olduğunu bildirib.