Ölkə çempionu olan futbolçu narkotik satırmış:  həbs olundu
13 avqust 2025 17:00 (UTC +04:00)

Ölkə çempionu olan futbolçu narkotik satırmış: həbs olundu

Niderlandın “Tvente” futbol klubunun heyətində ölkə çempionu olmuş Roni Stam narkotik qaçaqmalçılığına görə yeddi il həbs cəzasına məhkum edilib.

Lent.az xəbər verir ki, Roni Stam dəfələrlə qardaşı Rudi Stam ilə birlikdə narkotik satıb. Rudi Stam isə 3,5 il azadlıqdan məhrum edilib. Məhkəmə hər iki qardaşı narkotik ticarətindən əldə etdikləri üç milyon avrodan artıq məbləği dövlətə ödəməyə, həmçinin 30 min avro cərimə verməyə məcbur edib.

Roni Stam yalnız bir dəfə — 7 kiloqram kokain satışında iştirak etdiyini etiraf etsə də, daha böyük həcmli əməliyyatlarda iştirakını inkar edib. 40 yaşlı Stam karyerası ərzində Niderlandın “NAC Breda” və “Tvente” klublarında, İngiltərənin “Wigan” komandasında və Belçikanın “Standard” klubunda çıxış edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 488

Oxşar yazılar