Olivye Jiru
23 iyun 2021 13:37 (UTC +04:00)

Olivye Jiru

Olivye Jiru Milan klubuna keçir

İtaliyanın “Milan” klubu yay fasiləsində heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi Fransa millisinin hücumçusu Olivye Jiru ilə anlaşıb.

İngiltərə “Çelsi”sinin forvardı şəxsi müqaviləsinin detallarını razılaşdırıb. Onun müqaviləsi 2023-cü ilədək nəzərdə tutulacaq. Milanın eyniadlı klubu Jirunun keçidini həll etmək üçün onun müqavilə ilə 2022-ci ilədək bağlı olduğu İngiltərə “Çelsi”si ilə danışıqlara başlayıb.

“Rossonyeri” Danimarka yığmasının yarımmüdafiəçisi Mikkel Damsqardın da transferində maraqlıdır. Milanlılar “Sampdoriya”da çıxış edən 20 yaşlı istedadı ələ keçirmək niyyətindədir.

# 1605
avatar

Oxşar yazılar