Biatlon üzrə ikiqat olimpiya çempionu Dmitri Vasilyev idman karyerasını bitirdikdən sonra qatil olmaq təklifindən danışıb.
"Mən yaxşı bir atıcı olduğum üçün bir dostum mənə bir atəş üçün on min dollar almağı təklif etdi", - Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Valiyev deyib.
Keçmiş idmançının sözlərinə görə, növbəti atəşin ona ediləcəyini anladığı üçün təklifi qəbul etməyib.
Vasilyev ona belə bir təkliflə müraciət edən şəxsin adını çəkməyib. Eyni zamanda keçmiş idmançı onun artıq həyatda olmadığını vurğulayıb.
Dmitri Vasilyev - Sovet biatlonçusu, ikiqat Olimpiya çempionu (1984, 1988), eyni intizamda o, dünya çempionudur.