Roman Kostomarov insult keçirib, onun nəticələri ilə həkimlər mübarizə aparır.
Lent.az bildirir ki, bu barədə “Match TV” öz mənbələrinə istinadən xəbər verir.
Olimpiya çempionunun vəziyyəti ağırdır.
Kostomarov sətəlcəm xəstəliyi səbəbindən yanvarın 10-dan reanimasiyadadır. Bir gün əvvəl keçmiş idmançının beyninin bir hissəsinin zədələndiyi, qanaxma olduğu barədə məlumatlar ortaya çıxıb.