"Mançester Yunayted"in futbolçusu Markus Reşfordun iştirak etdiyi Belfastdakı şənliyin necə keçirildiyi məlum olub.
Lent.az bildirir ki, bu barədə İngiltərənin “Daily Mail” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Reşford bir neçə nəfərin müşayiəti ilə parti başlamazdan əvvəl Şimali İrlandiyanın paytaxtında restorana baş çəkib. Markus yemək və spirtli içki sifariş edib, bundan sonra gənclər gecə klubuna gediblər.
Reşford orada içməyə davam edib və bir anda "o qədər sərxoş olub ki, stolun üstünə pulları atmağa başlayıb".
Xatırladaq ki, bundan sonra hücumçu cümə günü səhər məşq etmək üçün çox xəstə olduğunu kluba bildirib.
Daha sonra “Mançester Yunayted” hadisə ilə bağlı rəsmi açıqlama yayıb və qeyd edib ki, Markus Raşford hərəkətlərinə görə məsuliyyəti öz üzərinə götürüb.