Neymar  dəbdəbəli saatını   nümayiş etdirdi
09 aprel 2024 19:29 (UTC +04:00)

Neymar dəbdəbəli saatını nümayiş etdirdi

Braziliyalı futbolçu Neymar sosial şəbəkələrdə qiyməti 260 min avrodan yuxarı olan saatını nümayiş etdirib və bu eksklüziv modelin dünyada cəmi 101 nüsxəsi var.

Lent.az xarici mediaya istinadən məlumat verir ki, bu Jacob & Co saatıdır və Casino Tourbillon adlanan model 1960-cı illərin Monte-Karlo kazinosundan ilhamlanıb. Saatın fərqli xüsusiyyəti, rulet çarxına istinad edən perimetr ətrafında 37 nömrələnmiş pəncərədir.

Lakin bu saatı dəbdəbəli zinət əşyasına çevirən təkcə dizayn deyil. Saat 18 karat qızıldan hazırlanıb və üç bara qədər suya davamlıdır.

Neymar modaya və bahalı aksesuarlara olan sevgisini gizlətmir. “Əl-Hilal” futbolçusu sosial şəbəkədə dəbdəbəli həyat tərzini nümayiş etdirməyi sevir. Bu ilin əvvəlində o, 123.000 avro dəyərində brilyant qaşlı qadın “Rolex” saatını nümayiş etdirib.

Braziliyalı ötən yay PSJ-dən "Əl-Hilal"a keçsə də, yeni klubunda cəmi 3 oyuna çıxıb. O, dünya çempionatının seçmə mərhələsində Uruqvaya qarşı keçirilən oyunda çarpaz bağını cırıb və mövsümün qalan hissəsini yaşıl meydanlardan kənarda qalıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3399
avatar

Oxşar yazılar