Neymar 1 milyon dollar  cərimələnə   bilər - SƏBƏB
23 iyun 2023 17:59 (UTC +04:00)

Neymar 1 milyon dollar cərimələnə bilər - SƏBƏB

Neymar Braziliyada 1 milyon dollar cərimələnə bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, məlumata görə, PSJ-nin hücumçusu Rio-de-Janeyrodan 130 kilometr aralıda malikanəsi “ətraf mühitin mühafizəsi orqanlarının icazəsi olmadan” tikilib”.

Səlahiyyətlilər "müxtəlif ekoloji pozuntular", o cümlədən su yolunun dəyişdirilməsi və suyun icazəsiz çaydan kənara çıxarılmasını, eləcə də digər pozuntular da aşkar ediblər. 

"Növbəti addım aşkar edilmiş pozuntuların qiymətləndirilməsi və hesablamalara görə və ətraf mühitə dəymiş ziyan nəzərə alınmaqla, ən azı 5 milyon real (təxminən 1 milyon dollar) məbləğində cərimə tətbiq etmək olacaq", - meriyadan bildirilib.

Baxış zamanı futbolçunun atası hadisə yerində olub. O, məmurlarla mübahisə etdiyi də bildirilir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1422
avatar

Oxşar yazılar