“Neftçi”nin təsdiq arzusu
27 fevral 2022 06:08 (UTC +04:00)

“Neftçi”nin təsdiq arzusu

Bu gün Azərbaycan Premyer Liqasında XVII tura start veriləcək.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, ilk oyun günündə iki matç baş tutacaq.

Öncə Bakı derbisində paytaxt klubları üz-üzə gələcək. Mükafatlar uğrunda mübarizə aparan “Neftçi” səfərdə “Sabah”la qarşılaşacaq. Turnir cədvəlinin ikinci yarısında qərarlaşan meydan sahibləri Azərbaycanın ən titullu klubunu büdrətməyə və kubokdakı məğlubiyyətin revanşını almağa çalışacaq. “Ağ-qaralar” isə qalmaqallı kubok qələbəsinin təsadüf olmadığını bir daha təsdiqləməlidir.

Günə Sumqayıtda yekun vurulacaq. Ötən mövsümkü komandanın kölgəsinə belə bənzəməyən “Sumqayıt” ikinci pillədəki “Qəbələ”ni qəbul edəcək. Autsayderlər sırasından uzaqlaşmaq üçün meydan sahibləri mütləq qalib gəlməlidir. “Qırmızı-qaralar” isə mövqeyini qorumaq üçün səfərdə xal itirməməlidir.

Qeyd edək ki, tura sabah keçiriləcək “Keşlə” - “Qarabağ” və “Səbail”  “Zirə” matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
XVII tur
27 fevral (bazar)
17:00. “Sabah” – “Neftçi”
Baş hakim: 
Rauf Cabarov
“Bank Respublika Arena”

19:15. “Sumqayıt” – “Qəbələ”
Baş hakim:
 Vüqar Həsənli
“Kapital Bank Arena”

1

Qarabağ

15

11

3

1

32-9

36

2

Qəbələ

16

8

5

3

25-17

29

3

Zirə

16

8

4

4

25-16

28

4

Neftçi

16

7

4

5

25-22

25

5

Sabah

16

6

2

8

23-25

20

6

Keşlə

16

4

2

10

18-28

14

7

Sumqayıt

15

3

4

8

10-21

13

8

Səbail

16

3

2

11

12-32

11

Bombardir: Davit Volkov ("Zirə") - 10 qol

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1929
avatar

Oxşar yazılar