"Neftçi"nin fan-klub rəhbərindən  QARĞIŞ:  "Hər kəsin Allah bəlasını versin”
06 dekabr 2021 14:27 (UTC +04:00)

"Neftçi"nin fan-klub rəhbərindən QARĞIŞ: "Hər kəsin Allah bəlasını versin”

“Neftçi”nin bu mövsümdəki qeyri-stabil çıxışını klubun azarkeşləri narazılıqla qarşılayır.

Apasport.az saytının məlumatına görə, komandanın Premyer Liqanın XIII turunda “Sumqayıt”la oyundakı çıxışı da tənqid obyektinə çevrilməsinə səbəb olub.

Xüsusən də, “Forza Neftçi” fan-klubu 0:0 hesablı bərabərliyin ardından uğursuzluğun günahını rəhbərlik və baş məşqçi Samir Abasovda görüb. Fan-klubun rəhbəri Sübhan Əliyev "Facebook" səhifəsindəki paylaşımında komandanı bu duruma salanları istefaya səsləyib: “Hamınız istefa verməlisiz, hamınız!!! Klubu bu günə qoyan hər kəsin Allah bəlasını versin”.

Fanatlar təcili klubda radikal dəyişikliklərin aparılmasını tələb ediblər. Əks təqdirdə, qeyri-stabil çıxış davam edərsə, azarkeşlər komandadan üz döndərmək, oyunlara getməmək barədə düşünür.

Qeyd edək ki, 13 turdan sonra 21 xal toplayan son çempion turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2415
avatar

Oxşar yazılar