“Neftçi”nin hücumameyilli yarımmüdafiəçisi Reziuan Mirzov Bakıdakı vəziyyətdən danışıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, futbolçu 2023-cü ilin sentyabr ayının əvvəlində Azərbaycan paytaxtının klubu ilə müqavilə imzalayıb.
“Neftçi”yə köçəndən sonra şəhərə təəccübləndim. Bakı nağıllar şəhəridir. Çox təmizdir, yeməkləri adamın ağlını başından alır. Demək olar ki, həmişə 20 dərəcə isti olur, biz hələ də şortda məşq edirik. Moskva daha soyuqdur. Mən bu yaxınlarda CSKA və Rostov komandalarının necə qartopu oynadığını gördüm”, - Mirzov müsahibəsində deyib.
30 yaşlı sol cinah yarımmüdafiəçisi Reziuan Mirzov Bakının “Neftçi” komandası ilə Azərbaycan çempionatında 10 oyun keçirib və bir məhsuldar ötürmə edib. Futbolçu əvvəllər Rusiya Peşəkar Liqasında “Ximki” və Moskva “Spartak”ında çıxış edib.