UEFA Azərbaycanın dörd klubuna ödəniş edib.
Lent.az AFFA-nın saytına istinadla xəbər verir ki, bu, 2021-2022-ci il mövsümündə avrokuboklarda (Çempionlar Liqası, Avropa Liqası, Avropa Konfrans Liqası) çıxış edənlərə şamil olunub.
Belə ki, “Keşlə” (hazırda “Şamaxı”) 25, “Neftçi” 79, “Qarabağ” 17, “Sumqayıt” 25 min avro alıb.
Vəsaitlər AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.