Böyük Britaniyalı müğənni Robbi Uilyams İngiltərənin “Port Veyl” futbol klubunun prezidenti olub.
Lent.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.
Musiqiçi doğulduğu Stok-on-Trent şəhərindən olan komandanın çoxdankı azarkeşidir.
“Mənim həyatım qeyri-adi və gözəldir, onun çoxlu dönüşləri olub və prezident postunu almaq xüsusi bir şeydir”, – sənətçi bildirib.