“Roma”nın baş məşqçisi Joze Mourinyo A Seriyasının 15-ci turunun “Fiorentina” ilə oyununda (1:1) top daşıyandan istifadə edərək komandasının qapıçısı Ruyu Patrisioya mesaj çatdırıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, top daşıyan 35 yaşlı portuqaliyalıya oyunun sonunda Mourinyodan mesaj gətirib.
Nikola Zalevski və Romelu Lukaku meydandan qovulduqdan sonra "Roma" oyunu 9 nəfərlə başa vursa da, heç-heçəni saxlaya bilib. Romalıların yeganə qolunu ilk dəqiqələrdə Lukaku vurub.
“Roma” (25 xal) A Seriyasında dördüncü pilləyə yüksəlib. “Fiorentina” turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb.