Millinin oyunçusuna  zorlama   İTTİHAMI
01 fevral 2024 19:35 (UTC +04:00)

Millinin oyunçusuna zorlama İTTİHAMI

“Reyms” və yaponiyalı vinger Dzyunya İto ikiqat zorlamada şübhəli bilinir.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, iki qadının 30 yaşlı futbolçuya qarşı məhkəmə iddiası qaldırdığı bildirilir. Onlar iddia edirlər ki, İto onları Osakadakı oteldə sərxoş edib, bundan sonra onlarla cinsi əlaqədə olub, buna razılıq verməyiblər. Hadisə 2023-cü il iyunun 21-nə keçən gecə Yaponiya və Peru milli komandaları arasında keçirilən yoldaşlıq oyunundan (4:1) sonra baş verib.

Qeyd olunur ki, zərərçəkmişlərdən biri məhkəmənin iştirakı olmadan işi həll etməyə hazır olub. Keçən ilin sentyabrında vəkili vasitəsilə üzr istəməsini tələb edib, lakin futbolçunun peşmanlığını hiss etməyərək ona qarşı iddia qaldırmağa qərar verib.

Hazırda İto Qətərdə keçirilən Asiya Kubokunda Yaponiya millisinin heyətindədir. Cinah oyunçusu dünən Bəhreyn millisi ilə ⅛ final oynunu (3:1) ehtiyat oyunçular arasında keçirib. Qrup mərhələsində İto iki dəfə millinin start heyətində yer alıb, bir dəfə isə əvəzedici heyətlə meydana çıxıb.

İto Yaponiyanın hazırkı heyətində ən təcrübəli oyunçulardan biridir. O, yığmada 54 oyun keçirib, 13 qol vurub və 17 məhsuldar ötürmə edib.

2019-cu ildən yaponiyalı Avropada çıxış edir. İlk klubu 2022-ci ilin yayında 10 milyon avroya “Reyms”ə keçdiyi Belçikanın "Qenk"i olub. Bu mövsüm İto Fransa klubunun heyətində 17 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4251
avatar

Oxşar yazılar