Futbol üzrə Yaponiya milli komandasının keçmiş hücumçusu Masato Kudo 32 yaşında vəfat edib.
Lent.az bildirir ki, bu barədə futbolçunun çıxış etdiyi “Teqevaharo Miyazaki” klubunun saytı məlumat yayıb.
Qeyd olunur ki, futbolçu oktyabrın 21-i dünyasını dəyişib. Ölümün səbəbləri açıqlanmır.
"O, heç vaxt təkəbbür göstərmədi və hamı ilə yaxşı rəftar etdi, təkcə özünə deyil, həm də komanda yoldaşlarına, kluba və azarkeşlərə qayğı göstərdi", - klub prezidenti Keyt Nimura bildirib.
Kudo karyerası boyu bir neçə Yaponiya klubunda, həmçinin Kanadanın “Vankuver Uaytkeps” və Avstraliyanın “Brisben Roar” komandalarında çıxış edib. Yaponiya millisində keçirdiyi dörd oyunda iki qol vurub.