Millimizin hücumçusu "Qalatasary"ın futbolçusu ilə eyni klubda
10 fevral 2024 01:40 (UTC +04:00)

Millimizin hücumçusu "Qalatasary"ın futbolçusu ilə eyni klubda

Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" hücum xəttini yeni futbolçu ilə gücləndirib.

Lent.az xəbər verir ki, Super Liqa təmsilçisi "Qalatasaray"dan Halil Dervişoğlunu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyə millisinin üzvü mövsümün ikinci yarısını "Hatayspor"un heyətində keçirəcək.

Qeyd edək ki, "Qalatasaray" Halil Dervişoğlunu mövsümün əvvəlində "Brentford"dan transfer edib. 24 yaşlı forvard "sarı-qırmızlar"ın heyətində meydana çıxdığı 20 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6468
avatar

Oxşar yazılar