Millimizin futbolçusuna Hollandiya klubunda yer açıldı
22 yanvar 2021 19:11 (UTC +04:00)

Millimizin futbolçusuna Hollandiya klubunda yer açıldı

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün yeni komandası “Telstar”da ayrılıq baş verib.

Apasport.az saytının məlumatına görə, Niderland təmsilçisində icarə əsasında çıxış edən hücumçu Sebastyan Soto müqavilə ilə məxsus olduğu İngiltərə klubu “Norviç”ə qayıdıb.

Bu mövsüm ikinci liqada keçirdiyi 12 oyunda 7 qol vuran ABŞ millisinin üzvünü “Telstar”da məhz “Sabah”dan icarəyə götürülən Ozan Can əvəz edə bilər.

Yerli mətbuat Ozanın özünü göstərəcəyi təqdirdə, boşluğu dolduracağı ehtimalına toxunub. Baş məşqçi Andries Yonker isə bununla bağlı deyib ki, onu gələcək göstərəcək: “Ozan Canla bağlı nələr olacağını görəcəyik”.

Qeyd edək ki, Ozan Can Kökçü “Telstar”a mövsümün sonuna qədər icarəyə keçib.

# 3324
avatar

Oxşar yazılar