Cənubi Koreya millisinin hücumçusu Son Hın Min 2026-cı il dünya çempionatının seçmə mərhələsinin 2-ci turunun oyununda Çinə qarşı dubl edib.
Lent.az xarici mediaya istinadən bildirir ki, bunlar 31 yaşlı hücumçunun millidə keçirdiyi 115 oyunda 39 və 40-cı qolları olub.
Son Cənubi Koreya tarixində üçüncü ən çox qol vuran oyunçudur. O, yalnız Hvan Son Hon (103 oyunda 50 qol) və Çha Bom Qından (136 oyunda 58 qol) geri qalır.