"Milan"ın baş direktoru Corcio Furlani klubun keçmiş hücumçusu Zlatan İbrahimoviçlə danışıqlar apardığı barədə məlumatı təsdiqləyib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, daha əvvəl 41 yaşlı isveçlinin “Milan” klubunun strukturunda vəzifə tuta biləcəyi bildirilirdi.
“Zlatan bütün “Milan” azarkeşləri üçün əziz olan çempiondur. Artıq bir neçə aydır ki, onunla əlaqə saxlayırıq, görək bundan sonra nə olacaq. İndi klubdakı rollar haqqında danışmaq istəmirəm, amma o, böyük çempiondur, böyük şəxsiyyətdir və “Milan”a həqiqətən də əhəmiyyət verir. Beləliklə, nə olacağını görəcəyik", - Furlani vurğulayıb.