“Milan” “Atalanta”nın qapıçısı Marko Sportiello ilə müqavilə imzalayacaq.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, klub transferi iyunda açıqlayacaq. Futbolçu “Milan”a pulsuz transferlə qatılacaq və ehtiyat qapıçı kimi istifadə olunacaq.
2022/23 mövsümündə Sportiello “Atalanta”nın heyətində keçirdiyi 13 matçda 16 qol buraxıb, 2 qol vurub. 31 yaşlı italiyalının hazırkı klubu ilə müqaviləsi 2023-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.