“Milan” “Arsenal”ın müdafiəçisi Yakub Kiviorun transferini rəsmiləşdirməyə hazırlaşır.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Jurnalist Nikolo Skira xəbər verir.
Onun sözlərinə görə, 23 yaşlı polyakın agentləri danışıqlar aparmaq üçün artıq İtaliyaya gəliblər. Kivior daha çox oyun müddəti üçün London klubunu tərk etməyin əleyhinə deyil.
Müdafiəçi yanvarın 22-də “Spesia”dan 25 milyon avroya "Arsenal"a keçib.
Bu mövsüm Kivior "topçular"ın heyətində bütün yarışlarda 8 oyun keçirib.