“Olimpiya Milan” və Kataloniyanın “Barselona”sı Avropa çempionatının 23-cü turu çərçivəsində üz-üzə gəlib.
Lent.az xarici mediaya istinadən məlumat verir ki, qarşılaşma meydan sahiblərinin 74:70 hesablı qələbəsi ilə yekunlaşıb.
"Barselona" səfərdə çox pis start götürüb - əvvəlcə Kataloniya klubu birinci hissədə 12:23 hesabı ilə uduzub, ikincidə də vəziyyəti yaxşılaşdıra bilməyib, 16:24 hesabı ilə uduzub. Birinci hissənin nəticəsi 47:28 milanlıların xeyrinə olub.
Fasilədən sonra kataloniyalılar tam fərqli komanda kimi meydana çıxıblar. Roxer Qrimaunun yetirmələri üçüncü hissədə rəqibinə böyük üstünlüklə qalib gəlib - 21:10.
Oyunun son hissəsində "Barselona" sözün əsl mənasında bütün gücünü verib, ancaq bu, fərqi dörd xal azaltmağa kifayət edib - 21:17.
Qeyd edək ki, daha əvvəl "Milan" səfərdə Kataloniya klubuna 90:86 hesabı ilə qalib gəlib.