"Milan" "Barselona"nın futbolçusunu istəyir
04 dekabr 2021 17:44 (UTC +04:00)

"Milan" "Barselona"nın futbolçusunu istəyir

Simon Kyerin zədələnməsindən sonra “Milan” mərkəz müdafiəçisi axtarışına başlayıb.

Apasport.az saytının məlumatına görə, İtaliya klubunun əsas namizədi Samuel Umtitidir.

A seriyası təmsilçisi “Barselona”nın futbolçusunu qışda transfer etməyə qərar verib. Klubdan ayrılmaq istəyən fransalı üçün də “Milan” ən optimal variantdır.

Qeyd edək ki, A seriyasının XV turunda “Cenoa” (3:0) ilə matçın 4-cü dəqiqəsində dizindən aldığı xəsarət nəticəsində əvəzlənən Kyer uzun müddətə sıradan çıxıb.

# 1452
avatar

Oxşar yazılar