Messinin  qayıtması üçün   hər şeyi edəcəyik: “Barselona”nın prezidenti
15 may 2023 10:53 (UTC +04:00)

Messinin qayıtması üçün hər şeyi edəcəyik: “Barselona”nın prezidenti

"Barselona"nın prezidenti Joan Laporta Lionel Messini komandaya qaytarmaq üçün əlindən gələni edəcəyinə söz verib.

"Biz onun qayıtması üçün mümkün olan hər şeyi edəcəyik)", - Lent.az xarici mediaya istinadla bildirir ki, Kataloniya klubun prezidenti deyib.

Xatırladaq ki, Messinin PSJ ilə hazırkı müqaviləsi 2023-cü il iyunun 30-da başa çatır. Müxtəlif söz-söhbətlərə görə, argentinalı ya “Barselona”ya qayıdacaq, ya da Səudiyyə Ərəbistanına gedəcək.

Messi bu mövsüm bütün klub yarışlarında 38 oyuna çıxıb, 20 qol vurub. Argentina millisinin tərkibində hücumçu dünya çempionu olub.

“Barselona” dünən “Espanyol”a qalib gəlib (4:2) və vaxtından əvvəl La Liqanın çempion titulunu təmin edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1353
avatar

Oxşar yazılar