“Sevilya”nın müdafiəçisi Serxio Ramos İspaniya çempionatında keçirdiyi oyunların sayına görə argentinalı hücumçu Lionel Messini ötüb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə jurnalist Pedro Martin özünün X sosial şəbəkəsində (keçmiş Twitter) yazır.
Ramos İspaniya çempionatının 22-ci turunun "Osasuna" ilə oyununda (1:1) iştirak edib. Müdafiəçi üçün bu görüş İspaniya çempionatında 521-ci olub. O, La Liqada 520 oyunu olan Messini geridə qoyaraq, səkkizinci yerə yüksəlib.
İspaniya çempionatında oyunların sayına görə rekordçular Andoni Subisarreta və Xoakindir (622).
Ramos 2023-cü ildən "Sevilya"da çıxış edir. Onun klubla müqaviləsi 2024-cü ilə qədərdir. Müdafiəçi daha əvvəl 2004-2005-ci illərdə bu klubda çıxış edib. Ramos İspaniyada “Real”dad a çıxış edib.
Bu mövsümdə Ramos İspaniya çempionatında 13 oyunda iştirak edib və 1 qol vurub.