Amerikanın "İnter Mayami" klubu məşqçisiz qalıb.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, argentinalı mütəxəssis Xerardo Daniel "Tata" Martino istefa ərizəsini öz istəyi ilə verib.
Məlumata görə, 62 yaşlı Xerardo Martino könüllü olaraq hazırkı vəzifəsini tərk etmək qərarına gəlib. Ayrılma səbəbləri şəxsi məsələlərlə bağlıdır.
“Tata” cəmi bir il əvvəl "İnter Mayami"yə baş məşqçi təyin edilib. Onun rəhbərliyi altında Florida klubu MLS və Meksika klubları arasında illik Şimali Amerika turniri olan Liqa Kubokunu qazanıb.
Bu mövsüm "İnter Mayami" MLS-in adi mövsüm komandaları arasında rekord sayda xal (74) toplayıb və turnirin qalibi olub. Lakin bundan sonra Lionel Messinin çıxış etdiyi klub MLS kubokunun pley-off mərhələsinin ilk mərhələsində mübarizədən kənarlaşdırılıb.