Messinin "Barselona" ilə ilk müqaviləsi hərraca çıxarılır
02 fevral 2024 09:35 (UTC +04:00)

Messinin "Barselona" ilə ilk müqaviləsi hərraca çıxarılır

Argentinalı ulduz futbolçu Lionel Messinin 13 yaşında ikən “Barselona”ya transferi üçün ilk imzaları olan salfet hərracda satışa çıxarılacaq.

Lent.az xarici mediaya istinadla bildirir ki, İngiltərənin Bonhams hərrac evindən verilən açıqlamaya görə, o zamankı “Barselona”nın idman direktoru Karles Rexaç, məsləhətçi Josep Minquella və menecer Horakio Qaqqiolinin imzaları olan salfetin açılış qiyməti 300 min funt sterlinq olacaq.

Mart ayında hərraca çıxarılacaq salfetdə deyilir: “14 dekabr 2000-ci ildə Barselonada, Minquella və Horakionun otağında Rexaç Lionel Messi ilə öz məsuliyyəti altında və heç bir şeydən asılı olmayaraq, razılaşdırılmış məbləğlərə uyğun olaraq müqavilə bağlamağa razılaşır”.

Transferlə bağlı xəbərlərin olmamasından narahat olan Rexaçın Messinin atasını “Barselona”dakı tennis klubuna nahara dəvət etdiyi və müqavilənin orada imzalandığı bildirilib.

Qeyd edilib ki, sözügedən müqavilə eyni gündə “Barselona”nın prezidenti Joan Qaspart tərəfindən təsdiqlənib və bir ay sonra rəsmiləşib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3871

Oxşar yazılar

ÇL : 1/4 finalçılar müəyyənləşdi

ÇL: 1/4 finalçılar müəyyənləşdi

13 mart 2025 , 02:47
Maradonanın ölümü ilə bağlı məhkəmə BAŞLADI: 7 şübhəli var

Maradonanın ölümü ilə bağlı məhkəmə BAŞLADI: 7 şübhəli var

12 mart 2025 , 18:35
"Əl-Nəsr"in baş məşqçisi "Yuventus"u idarə edəcək

"Əl-Nəsr"in baş məşqçisi "Yuventus"u idarə edəcək

12 mart 2025 , 15:53
"Barselona" - "Benfika" oyunu iftara görə iki dəfə dayandırıldı

"Barselona" - "Benfika" oyunu iftara görə iki dəfə dayandırıldı

12 mart 2025 , 09:37
PSJ-dən əzmkar  qələbə

PSJ-dən əzmkar qələbə

12 mart 2025 , 02:53
Gözəl futbolçu çimərlik paltarında  FOTOLARINI   yaydı

Gözəl futbolçu çimərlik paltarında FOTOLARINI yaydı

11 mart 2025 , 19:32
Pol Poqba karyerasını davam etdirə  bilər

Pol Poqba karyerasını davam etdirə bilər

11 mart 2025 , 15:26
Məhəmməd Salah "Barselona"da oynayacaq

Məhəmməd Salah "Barselona"da oynayacaq

11 mart 2025 , 09:37