Messi, Skaloni və Martinez   “The Best”də mükafat alacaqlar
27 fevral 2023 18:07 (UTC +04:00)

Messi, Skaloni və Martinez “The Best”də mükafat alacaqlar

İspaniya mətbuatı 2022-ci ilin nəticələrinə görə, “The Best”in ən yaxşı oyunçu, ən yaxşı məşqçi və ən yaxşı qapıçı mükafatlarının qaliblərinin kim olacağı ilə bağlı məlumat "sızdırıb".

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, mükafatların təqdimetmə mərasimi fevralın 27-də Bakı vaxtı ilə saat 24:00-da Parisdə başlayacaq.

Mənbənin məlumatına görə, hər üç əsas mükafatı Argentina milli komandasının nümayəndələri götürəcəklər. Lionel Messi dünyanın ən yaxşı futbolçusu mükafatını alacaq. Səsvermənin nəticələrinə görə, PSJ-nin 35 yaşlı forvardı PSJ-dəki komanda yoldaşı Kilian Mbappe və “Real”ın hücumçusu Kərim Benzemadan üstün olub.

Ötən ilin ən yaxşı qapıçısı 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının sonunda oxşar mükafata layiq görülmüş Emiliano Martines olacaq. 30 yaşlı qolkiper Belçika millisinin və "Real”ın qapıçısı Tibo Kurtua və "Sevilya" və Mərakeş millisinin qapıçısı Yassin Bunaya qalib gəlib.

2022-ci ilin dünya çempionu Argentina millisinin baş məşqçisi Lionel Skaloni ilin məşqçisi seçilib. O, "Kral klubu"ndan Karlo Ançelotti və "Mançester Siti"dən Xosep Qvardiolanı qabaqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1563
avatar

Oxşar yazılar