Messi PSJ-də “Barselona”dakı kimi  oynamırdı 
20 noyabr 2023 18:57 (UTC +04:00)

Messi PSJ-də “Barselona”dakı kimi oynamırdı 

PSJ-nin hücumçusu Kilian Mbappe argentinalı hücumçu Lionel Messi haqda danışıb. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, əvvəllər Paris klubunun heyətində iki mövsüm birlikdə keçiriblər.

“Hətta ən böyüklər də nəyisə dəyişməli olublar. Mən Messi ilə oynadım və o, məsələn, oyununu dəyişdi. PSJ-də o, “Barselona”dakı kimi oyunçu deyildi və bu, ona Dünya Kubokunu, komanda və fərdi titulları qazanmağa imkan verdi", - Mbappe deyib. 

Messi PSJ-nin heyətində 75 oyun keçirib, 32 qol vurub və 35 məhsuldar ötürmə edib. O, azad agent kimi Paris klubundan ayrılaraq “İnter Mayami”yə keçib. Argentinalı ikiqat Fransa çempionu olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3288
avatar

Oxşar yazılar