Messi onu ən çox qəzəbləndirən futbolçunun adını çəkdi
10 dekabr 2024 09:35 (UTC +04:00)

Messi onu ən çox qəzəbləndirən futbolçunun adını çəkdi

0

Argentinalı əfsanəvi futbolçu Lionel Messi karyerasında onu ən çox qəzəbləndirən futbolçunun adını çəkib.

Lent.az xarici mediaya istinadla bildirir ki, o, verdiyi cavabında əsəbləşdiyi futbolçunun Serxio Ramos olduğunu deyib:

“Serxio Ramosla çox toqquşmamız oldu, neçə dəfə mübahisə etdim... Ramos məni ən çox əsəbiləşdirən futbolçudur. Bəli, biz komanda yoldaşı idik, amma əvvəllər El Klassikoda həmişə bir-birimizə rəqib olurduq. Bunlar gərgin oyunlar idi”.

Messi və Ramos iki mövsüm birlikdə Fransa PSJ-sində oynayıb.

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayında azad agent kimi Fransa PSJ-sindən "İnter Mayami"yə keçmişdi. Onun klubla müqaviləsi 2025-ci ilin dekabr ayının sonuna kimidir. Serxio Ramos hazırda "Sevilya"dan ayrıldıqdan sonra azad agent kimi gəlməyə davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2118

Oxşar yazılar