Messi ilk klubuna qayıdır
25 fevral 2023 17:36 (UTC +04:00)

Messi ilk klubuna qayıdır

PSJ-nin hücumçusu Lionel Messinin karyerasının əvvəlində çıxış etdiyi Argentinanın “Nyuells Old Boyz” klubuna keçə biləcəyi ilə bağlı məlumatlar yayılıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, iyunun 16-da Messi Nyuellsdə klubun və Argentina millisinin sabiq hücumçusu, karyerasını başa vuran Maksimiliano Rodriqesin şərəfinə yoldaşlıq oyunu keçirəcək. Məlumata görə, Messi PSJ ilə müqavilənin müddəti bitdikdən sonra doğma komandasına qayıtmağı ciddi şəkildə düşünür.

Fevralın 22-də TyC Sports-un jurnalisti Qaston Edul bildirmişdi ki, Messi Çempionlar Liqasında daha bir qələbə qazanmaq istədiyi üçün Avropada qalmaq niyyətindədir. “O, avqustda “Qızıl top”a açıq namizəd olmaq və həmçinin 2024-cü ildə Amerika Kubokuna yaxşı vəziyyətdə gəlmək istəyir”, - Edul əlavə edib.

Messi 1994-2000-ci illərdə “Nyuells”də çıxış edib. Sonra, demək olar ki, bütün karyerası boyunca, o, 10 dəfə İspaniya çempionluğunu qazandığı və dörd dəfə Çempionlar Liqasının qalibi olduğu “Barselona”da oynayıb. 2021-ci ilin avqustunda o, PSJ ilə müqavilə imzalayıb. Paris komandası ilə müqavilə 2023-cü ilin iyununa qədərdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 22773
avatar

Oxşar yazılar