Messi gedəndə PSJ oyunçuları niyə sevinib?
28 noyabr 2023 11:09 (UTC +04:00)

Messi gedəndə PSJ oyunçuları niyə sevinib?

Neymar və Lionel Messi komandanı tərk edəndə PSJ-nin futbolçuları sevinib.

Lent.az xəbər verir ki, bu barədə PSG Community məlumat yayıb. Qeyd olubnub ki, Paris klubunun əksər futbolçuları argentinalı və braziliyalı ilə oynamaqdan narahat imiş.

Messi iki il Fransanın Paris Sen-Jermen komandasında oynadıqdan sonra 2023-cü ilin yayında “İnter Mayami”yə keçib. Onun klubla müqaviləsi 2024/2025 mövsümünün sonuna kimidir. O, İspaniyanın “Barselona”sında da çıxış edib.

Neymar 2013-2017-ci illərdə “Barselona”da çıxış edib. Bu, braziliyalının vətənindən kənarda ilk klubu olub. 2017-ci ildən bəri hücumçu Fransada beş çempionluq qazandığı PSJ-nin formasını geyinib. 2023-cü ilin yayında Səudiyyənin “Əl-Hilal” klubu braziliyalı forvardı 90 milyon avroya alıb. O, üç oyun keçirib, heç bir qol vurmayıb.

İndi “Əl-Hilal” braziliyalı oyunçunun mövsümün sonuna kimi oynaya bilməyəcəyi və Səudiyyə Ərəbistanı çempionatında əcnəbi oyunçulara məhdudiyyət qoyulması səbəbindən onunla əlaqəni dayandırmağı düşünür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6129
avatar

Oxşar yazılar