"İnter Mayami"nin sahibi Xorxe Mas argentinalı hücumçu Lionel Messinin Amerika klubunun layihəsi üçün əhəmiyyətindən danışıb.
“Messinin klubda olması ilə bizim üçün açılan imkanları başa düşürük. Amma biz əmin olmalıyıq ki, Messinin klubda olub-olmamasından asılı olmayaraq, azarkeşləri qoruyub saxlayaq”, - Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Xorxe Mas söyləyib.
Xatırladaq ki, Messi keçən yay azad agent kimi “İnter Mayami”yə keçib. Bu müddətdə argentinalı hücumçu bütün turnirlərdə 19 oyunda iştirak edib, 16 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin sonuna kimidir.
“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.