Messi "Barselona"nın azarkeşlərinə VƏD VERDİ:  "Sizi yenidən görəcəyik"
06 dekabr 2024 13:16 (UTC +04:00)

Messi "Barselona"nın azarkeşlərinə VƏD VERDİ: "Sizi yenidən görəcəyik"

0

Argentinalı hücumçu "İnter Mayami"nin futbolçusu Lionel Messi karyerasının böyük hissəsini keçirdiyi "Barselona"nın azarkeşlərinə müraciət edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Messi müraciətində keçmiş azarkeşləri üçün darıxdığını deyib:

“Mən sizin üçün çox darıxıram və ümid edirəm ki, tezliklə sizi yenidən görəcəyik. Dünyanın ən yaxşı klubunun bir hissəsi olmaqdan qürur duymalısan”.

Messi "Barselona"nın məzunudur. O, 2003-2021-ci illərdə əsas komandanın tərkibində çıxış edib. Bu müddət ərzində o, 835 oyun keçirib və 709 qol vurub. Messi "Barselona" ilə dörd dəfə Çempionlar Liqasının qalibi, 2022-ci ildə Argentina millisi ilə Dünya Kubokunun, iki dəfə Amerika Kubokunun, 8 dəfə "Qızıl top"un qalibi olub.

2021-ci ildə argentinalı Fransanın PSJ-yə, 2023-cü ilin yayında isə MLS-də çıxış edən “İnter Mayami”yə keçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3294

Oxşar yazılar