Messi Argentina yığmasından ayrılan Di Mariyaya nələr dedi?
06 sentyabr 2024 09:35 (UTC +04:00)

Messi Argentina yığmasından ayrılan Di Mariyaya nələr dedi?

Argentina millisinin və Mayami "İnter"inin hücumçusu Lionel Messi millidəki keçmiş tərəfdaşı Anxel Di Mariyaya müraciət edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Messi millidən ayrılan Di Mariya üçün bu sözləri deyib:

“Arzu edirəm ki, ailəniz və sevdiklərinizlə gözəl günlər keçirəsiniz. Artıq demək istədiyimiz hər şeyi dedik. Hər şeyin belə bitəcəyi kimin ağlına gələrdi? Sizin üçün çox darıxacağıq. Tezliklə görüşərik”.

Anxel Di Marianın Argentina milli komandasının heyətində son oyunu argentinalıların Kolumbiyaya qalib gəldiyi (1:0) Amerika Kubokunun 2024-cü il finalı olub. Futbolçu komandanın start heyətində meydana çıxıb və 117-ci dəqiqədə əvəzlənib. Əvəzlənmə zamanı Di Maria göz yaşlarına boğulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1512
avatar

Oxşar yazılar