Argentinalı hücumçu Lionel Messi klub karyerasında 700-cü qolunu vurub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, PSJ-nin 35 yaşlı futbolçusu Fransa çempionatının 25-ci turunun "Marsel"lə səfər oyununda qol vurub. O, Kilian Mbappenin ötürməsi ilə rəqib qapısına zərbə endirərək hesabı 2:0-a çatdırıb.
Bu, Messi üçün PSJ-də 28-ci qol olub. O, 2003-cü ildən 2021-ci ilə qədər karyerasının böyük hissəsini oynadığı “Barselona”da 672 qol vurub.