Məşhur futbolçunun anasından gəlininə SƏRT MESAY:  “Bir iti 3 gün yedizdirsən...”
05 iyul 2023 19:31 (UTC +04:00)

Məşhur futbolçunun anasından gəlininə SƏRT MESAY: “Bir iti 3 gün yedizdirsən...”

Dani Alveşi 12 ilə qədər həbs gözləyir. Futbolçu Barselonanın gecə klubunda qıza təcavüz etməkdə şübhəli bilinərək yanvar ayından həbsdədir.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Alveş həbsxanadan müsahibələr verərkən, keçmiş həyat yoldaşı Coana Sans yaranmış vəziyyətdən kənarda qalmağı və baş verənləri şərh etməməyi seçib:

“Mən “pas”. Dani nə istəsə desin, ya da inkar etsin. Mən onunla əlaqəsi olan bir şey bilmək istəmirəm”.

Qızın bu mövqeyi, görünür, müdafiəçinin anası Lusiya Alveşi qane etməyib. Qadının sosial şəbəkələrdə sərt açıqlaması peyda olub. 

“Bir iti 3 gün yedizdirsən, o səni 30 il xatırlayacaq. Bir insanı 30 il yedizdirsən, o, səni üç günə unudacaq”, - Lusiya Alveş yazıb.

Ola bilsin, Daninin anası öz paylaşımı ilə başqasına eyham vurmaq istəyib, amma Coananın açıqlamasına reaksiya variantı ən məntiqli görünür.

“Diario Sport” “El Periódico”ya istinadən xəbər verir ki, Alveşlə bağlı hökm oktyabr və ya noyabrda açıqlanacaq.

Hələlik görünən odur ki, ən ağlabatan taktikanı məhz Daninin keçmiş arvadı seçib: lazımsız şərhlərdən imtina etmək, məhkəmənin qərarını gözləmək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2580
avatar

Oxşar yazılar