Maurisio Poçettino “Nitsa”nı çalışdırmayacaq.
Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, argentinalı mütəxəssis Fransa klubunun baş məşqçisi olmaqdan imtina edib.
50 yaşlı çalışdırıcı İtaliyanın top-komandalarından birinə rəhbərlik etmək istəyir. Apennindən təklif gözləyən Poçettinonun son klubu PSJ olub.
Qeyd edək ki, argentinalı 2021-ci ilin yanvarından 2022-ci ilin yayınadək rəhbərlik etdiyi Paris klubu ilə çempionat, kubok və Superkubokun qalibi olub.